• 27 Oktyabr 2021
logo
Tokio-2020: Azərbaycan cüdoçuları medal qazanan 26 yığmadan biri olub

Tokio-2020: Azərbaycan cüdoçuları medal qazanan 26 yığmadan biri olub

26 yığma arasında – cüdo üzrə Azərbaycan millisi
Tokio-2020 Yay Olimpiya Oyunlarında cüdo yarışları başa çatıb.
7 gün sürən fərdi yarışlar bugünkü qarışıq komanda mübarizəsi ilə davam edib.
Fransanın Yaponiyanı üstələdiyi komanda yarışı ilə cüdoçuların 15 dəst medalının hamısının sahibi bəlli olub. Meydan sahibləri son medal şansını qaçırsa da, cüdonun hegemonu olduqlarını təsdiqləyib.
Onlar 15 qızıl medaldan 9-na yiyələnib. Ümumilikdə 12 mükafatı olan Yaponiya yalnız üç dəfə medalsız qalıb.
Medal sıralamasında Fransa ikinci olub. İki qızıla sahib olan Kosova üçüncü yerdə qərarlaşıb.
Olimpiadada hələlik rəsmiləşən yeganə medalını cüdoda qazanan Azərbaycan yığmasının aktivində bürünc mükafat var. Ölkəmiz tatamidə uğur qazanan 26 yığma sırasındadır. Millimiz bu cədvəldə 17-26-cı yerləri bölüşür.
yer ölkə Q G B C
1 Yaponiya 9 2 1 12
2 Fransa 2 3 3 8
3 Kosovo 2 0 0 2
4 Gürcüstan 1 3 0 4
5 Çexiya 1 0 0 1
6 Almaniya 0 1 2 3
6 Cənubi Koreya 0 1 2 3
6 Monqolustan 0 1 2 3
9 Avstriya 0 1 1 2
10 Kuba 0 1 0 1
10 Sloveniya 0 1 0 1
10 Çin Taypeyi 0 1 0 1
13 Rusiya OK 0 0 3 3
14 Braziliya 0 0 2 2
14 Kanada 0 0 2 2
14 İtaliya 0 0 2 2
17 Azərbaycan 0 0 1 1
17 Belçika 0 0 1 1
17 Böyük Britaniya 0 0 1 1
17 Macarıstan 0 0 1 1
17 İsrail 0 0 1 1
17 Qazaxıstan 0 0 1 1
17 Niderland 0 0 1 1
17 Portuqaliya 0 0 1 1
17 Ukrayna 0 0 1 1
17 Özbəkistan 0 0 1 1
15 15 30 60