• 8 May 2024
logo
Tokio-2020: Novak Cokoviç bürünc medal qarşılaşmasına çıxmayacaq

Tokio-2020: Novak Cokoviç bürünc medal qarşılaşmasına çıxmayacaq

Dünyanın 1 nömrəli raketkası Novak Cokoviç Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını dayandırıb.
Serbiyalı qarışıq cütlərin bürünc medal uğrunda matçına çıxmayacaq.
Onun Nina Stoyanoviçlə cütünə məğlubiyyət veriləcək. Bürünc medallar isə avstraliyalılar Eşli Berti ilə Con Pirsə nəsib olacaq.
Qeyd edək ki, Cokoviç az əvvəl fərdi yarışlarda bürünc medal qarşılaşmasında uduzaraq mükafatsız qalıb.