Azərbaycan Premyer Liqasında 2021/2022-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
PFL-in rəsmi saytı xəbər verir ki, mərasim iyulun 30-da baş tutacaq.
Tədbir AFFA-nın inzibati binasında keçiriləcək. Saat 14:00-da başlanacaq və pandemiya qaydalarına riayət olunmaqla keçiriləcək tədbirə klub və KİV nümayəndələri də iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 14-də start götürəcək.