• 28 May 2023
logo
Tokio-2020: Avstraliyalı idmançı kokaindən istifadəyə görə Oyunlara buraxılmayıb

Tokio-2020: Avstraliyalı idmançı kokaindən istifadəyə görə Oyunlara buraxılmayıb

Avstraliyalı idmançı Ceymi Kermonda Tokio-2020 Yay Olimpiya Oyunlarından kənarlaşdırılıb.
Atçılıq idmanında iştirak etməli olan “Yaşıl qitə” təmsilçisi antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb.
Avstraliya Atçılıq İdmanı Federasiyası onu müvəqqəti bütün yarışlardan kənarlaşdırıb. Onun dopinq testində kokain metaboliti aşkarlanıb. Bu üzdən idmançı Tokio-2020-ni də buraxacaq.