Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak üçün Yaponiya paytaxtına gələn idmançılardan ikisində koronavirus aşkarlanıb.
Bunlar Litva və İsrail yığmalarının üzvləridir.
Litvalı idmançı Yaponiyanın Hiratsuka şəhərində təlim-məşq toplanışında olub. Testi müsbət nəticələnən israilli isə Haneda hava limanında enərkən infeksiyaya yoluxduğu aşkarlanıb.