• 19 Fevral 2025
logo
Stanislav Çerçesov Rusiya millisindən ayrılıb

Stanislav Çerçesov Rusiya millisindən ayrılıb

Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov vəzifəsindən ayrılıb.

Apasport.az saytının məlumatına görə, bunu Rusiya Futbol İttifaqı açıqlayıb.
Mütəxəssis AVRO-2020-dəki uğursuzluqdan sonra postundan ayrılıb. Onunla İttifaq arasında müqaviləyə qarşılıqlı razlıqla xitam verilib.

Bununla da 58 yaşlı mütəxəssisin yığma karyerası başa çatıb. 2016-cı ildən millinin “sükanı arxası”nda olan Çerçesov DÇ-2018-də komandasını 1/4 finala daşıyıb.

Qeyd edək ki, Rusiya millisi AVRO-2020-də B qrupunda keçirdiyi 3 oyunda 3 xal toplayaraq sonuncu yeri tutub.