• 8 May 2024
logo
Bu il 6350 əlilə reabilitasiya xidmətləri göstərilib

Bu il 6350 əlilə reabilitasiya xidmətləri göstərilib

2019-cu ilin 9 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində 6350 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa reabilitasiya xidmətləri göstərilib.

Nazirlikdən verilən məlumata görə, onlardan 4749-u stasionar, qalanları isə ambulator şəraitdə bərpa xidmətləri ilə təmin ediliblər.

Bu kateqoriyadan olan şəxslərin sağlamlıqlarının bərpası üçün fizioterapevtik müalicə prosedurları əsasında kompleks reabilitasiya işləri aparılıb.

Cari ilin yanvar-sentyabr aylarında nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən isə 6336 əlilliyi olan şəxsə 20 minədək reabilitasiya vasitəsi, o cümlədən 809 əlil arabası verilib.