• 18 Noyabr 2019
logo
add image
İdmançılarımız beynəlxalq turnirdə uğurla çıxış ediblər

İdmançılarımız beynəlxalq turnirdə uğurla çıxış ediblər

Estoniyada keçirilən kapoeyra üzrə beynəlxalq turnir və referee kursunda Azərbaycan idmançıları yüksək nəticə əldə ediblər.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə ezamiyyə edilən Kapoeyra Federasiyasının vitse prezidenti Nahid Ağazadə və baş məşqçi Elgiz Əlizadənin rəhbərliyi ilə komandamız 3 qızıl (Nahid Ağazadə, Xuraman Ramazanova, Fəxri Məhəmmədlizadə), 1 gümüş ( Fərid Allahverdiyev) və 1 bürünc (Vüsal Babayev) medal qazanıb.
Kiçik yaş qrupunda idmançımız Fəxri Məhəmmədəlizadə finala gedən yolda erməni əsilli rus idmançısını məğlub edib. Bundan əlavə, 4 məşqçimiz (Nahid Ağazadə, Elgiz Əlizadə, Oxçu Şahmuradov, Zahid Rüstemov) beynəlxalq dərəcəli hakim adını qazanıb.