Niderland millisi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, hücumçu Luk de Yonq sıradan çıxıb.
Millinin mətbuat xidməti 31 yaşlı forvardın məşq zamanı diz bağlarından zədə aldığını açıqlayıb. “Sevilya”nın oyunçusunun zədəsinin ciddi olduğu və AVRO-2020-nin qalan matçlarında iştirak edə bilməyəcəyi dəqiqləşib. Bu üzdən de Yonq millinin düşərgəsini tərk edib.
Qeyd edək ki, Niderland yığması yer aldığı C qrupunda 9 xal toplayaraq 1/8 finala adlayıb.