• 5 Fevral 2023
logo
UEFA Bakı Olimpiya Stadionunda keçirilən 3-cü oyunda tamaşaçı sayını açıqlayıb

UEFA Bakı Olimpiya Stadionunda keçirilən 3-cü oyunda tamaşaçı sayını açıqlayıb

AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçirilən 3-cü oyunun tamaşaçı sayı bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu UEFA açıqlayıb.
Dünən keçirilən A qrupunun III turunun İsveçrə - Türkiyə qarşılaşmasını (3:1) 17 min 138 seyrçi izləyib.

Bu, Bakıda baş tutan qrup mərhələsinin üç matçı arasında ikinci göstəricidir. II turun Türkiyə - Uels oyununda (0:2) daha çox 19 min 762 azarkeş qeydə alınıb.

İlk turda baş tutan Uels – İsveçrə qarşılaşması (1:1) isə Bakıdakı təşkil olunanlar arasında ən az tamaşaçı olan görüşdür. Bu oyunu 8 min 782 izləyici seyr edib.

Üç matçda ümumilikdə 45682 azarkeş qeydə alınıb. Orta hesabla hər matçda 15227 tamaşaçı olub.