FİFA PSJ klubunu cəzalandırıb.
Apasport.az saytının məlumatına görə, ali futbol qurumu Fransa təmsilçisinə pul cəriməsi kəsib.
Buna səbəb hücumçu Mauro İkardinin transferi zamanı qanunsuzluğa yol verilməsidir. PSJ-nin argentinalı forvardı “İnter”dən alarkən transfer qaydalarını pozduğunu sübuta yetirən FİFA klubu 9 min avro məbləğində cərimələyib.
Qeyd edək ki, Mauro İkardi ötən il birdəfəlik transfer edilib.