• 27 İyul 2024
logo
Bakıdakı "Formula-1" trasında atmosfer hər zaman çox gözəldir - "Alpine" komandasının pilotu

Bakıdakı "Formula-1" trasında atmosfer hər zaman çox gözəldir - "Alpine" komandasının pilotu

Bakıdakı "Formula-1" trasında atmosfer hər zaman çox gözəldir. Evlər trasın yaxınlığında yerləşir və sürəti daha da çox hiss etmək olur.

Trend-in məlumatına görə, bunu "Alpine" komandasının pilotu Esteban Okon deyib.

Onun sözlərinə görə, Bakıdakı yarış trası çox qeyri-adidir və keçmiş təcrübəni nəzərə alsaq, hər şey baş verə bilər:

"Bu yaxınlarda Monakodakı şəhər trasında olmuşuq, orada kiçik bir dairənin olduğu üçün ötmə ilə bağlı çətinliklər olurdu. Bakıdakı tras isə tam əksinə: dairə böyükdür və ötmə üçün çox sayda yer var".

Pilot bildirib ki, ardıcıl dördüncü yarışda xal toplamağı bacardığı üçün Monakonu yaxşı əhval-ruhiyyə ilə tərk edib: "Bakıda ilk onluqda daha yüksək mövqelər tutmaq istəyirik. Bir neçə ildir ki, bu trasda yarışmıram, buna görə sərbəst sürüşlər zamanı avtomobilə olan inamımı artırmaq niyyətindəyəm".