Oktyabrın 11-dən 13-dək Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə Qitələrarası Kubok keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, 11-ci dəfə təşkil olunacaq ənənəvi yarışda ölkəmizi gənclərdən ibarət yığmamızın məşqçiləri Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Əfqan Xaşalov (57 kq), Mircəlal Həsənzadə, Tural Hüseynov (hər ikisi 61 kq), Vahid Əlizadə (65 kq), Vurğun Əliyev, Gitinoməhəmməd Hacıyev (hər ikisi 70 kq), İsmayıl Abdullayev, Coşqun Əzimov, Nadir Hacıyev (hamısı 74 kq), Rəşad Yusifli (79 kq), Roman Bəkirov və Rahid Həmidli (hər ikisi 125 kq) təmsil edəcək.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakimlər Vaqif Zeynallı, Kamran Əliyev və Elgün Məmmədov turnirdə ədaləti qoruyacaq.