• 6 Dekabr 2021
logo
Azərbaycan Qran-prisinin proqramı açıqlanı

Azərbaycan Qran-prisinin proqramı açıqlanı

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin proqramı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, iyunun 4-də start götürəcək mövsümün 6-cı mərhələsi “Formula-2” pilotlarının yarışı ilə başlayacaq.
Onlar sərbəst yürüşə saat 10:25-də çıxacaqlar. Həmin gün “Formula-1” komandalarının da sərbəst yürüşləri olacaq. İyunun 4-də “Formula-2”də sıralama yarışı da nəzərdə tutulub.

Ertəsi gün “Formula-2” pilotlarının mübarizəsi sprint yarışları ilə başa çatacaq. Həmçinin “Formula-1”də sıralama yarışı də təşkil olunacaq.

Azərbaycan Qran-prisi iyunun 6-da keçiriləcək. Günə pilotların təqdimatı ilə start veriləcək. Daha sonra Dövlət Himnimiz səslənəcək və saat 16:00-da mərhələ başlayacaq. 2 saatın yekununda Azərbaycan Qran-prisinin qalibi bəlli olacaq.

4 iyun
“Formula-2”
Saat. 10:25-11:10 - Sərbəst yürüş

“Formula-1”
Saat. 12:30-13:30 - Birinci sərbəst yürüş

“Formula-2”
Saat. 14:30-15:00 – Sıralama yarışı

“Formula-1”
Saat. 16:00-17:00 - İkinci sərbəst yürüş

5 iyun
“Formula-2”
Saat. 11:25-12:15 – Sprint yarışı

“Formula-1”
Saat. 13:00-14:00 - Üçüncü sərbəst yürüş

“Formula-1”
Saat. 16:00-17:00 - Sıralama turu

“Formula-2”
Saat. 17:40-18:30 – Sprint yarışı

6 iyun
“Formula-1”
Saat. 14:10-14:50 – Pilotların təqdimatı

Saat. 15:44-15:46 – Dövlət Himni mərasimi

Saat. 16:00-18:00. Azərbaycan Qran-prisi