• 8 Dekabr 2021
logo
Bizə deyəndə ki, yarışlar Bakıda keçiriləcək, çox sevindik - Erməni əsilli Rusiya gimnastı

Bizə deyəndə ki, yarışlar Bakıda keçiriləcək, çox sevindik - Erməni əsilli Rusiya gimnastı

Bizə deyəndə ki, yarışlar Bakıda keçiriləcək, çox sevindik.

Bunu Trend-ə aerobika gimnastikası üzrə dünya çempionatının iştirakçısı, erməni əsilli Rusiya gimnastı Duhik Canazyan deyib.

O, 2015-ci ildə Birinci Avropa oyunlarında və 2019-cu ildə aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında iştirak edib.

Gimnast bildirib ki, hər dəfə Bakıya gələrkən yarışların təşkilindən, insanlardan və ümumi mühitdən heyranlıq duyur: "Bakıda hər şey çox gözəldir, insanlar dostpərvərdir. Dünya çempionatı çox gözəl təşkil olunub, hər şey yüksək səviyyədədir. Dünya çempionatı bizim üçün bayramdır, çünki uzun müddət yarışsız qalmışdıq, bu şəkildə formada qalmaq çox çətindir. Bizə deyəndə ki, yarış Bakıda keçiriləcək, çox sevindik".