• 4 Dekabr 2021
logo
Qara Qarayev: "Türkiyə ilə görüş yoldaşlıq yox, qardaşlıq matçıdır"

Qara Qarayev: "Türkiyə ilə görüş yoldaşlıq yox, qardaşlıq matçıdır"

“Türkiyə Futbol Federasiyasından və yerli vətəndaşlardan böyük qayğı hiss edirik. Buna görə Türkiyə millətinə təşəkkür, vəfa borcumuz var”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayev deyib.

Təcrübəli futbolçu “TRT Spor”a açıqlamasında sabah Alanyada Türkiyə yığmasına qarşı keçiriləcək yoxlama görüşü barədə də danışıb: “Bu, yoldaşlıq yox, qardaşlıq matçıdır. Nəticəsi necə olur-olsun sabah uduzmayacağıq. İstənilən halda qardaşlıq qazanacaq. Türkiyə millisi barədə ən yaxşı sözləri deməliyəm. Belə böyük turnirlərdə bütün Azərbaycan xalqı Türkiyəni dəstəkləyir. Bizimlə görüşdən sonrakı matçlarda futbol şansının yanlarında olmasını istəyirəm. Bu komandada istək, aqressivlik, güclü baş məşqçi var. Hazırkı Türkiyə daha gənc oyunçulardan formalaşıb. Sabah stressiz oyun olacaq. Bu, mənəvi bağlarımızı daha da möhkəmləndirəcək. Hər zaman Türkiyənin yanındayıq”.

Qarayev AVRO-2020-də Uels və İsveçrə ilə Bakıdakı qrup matçlarında bütün Azərbaycanın Türkiyə yığmasına dəstək olacağını söyləyib: “Bunu deməyə ehtiyac yoxdur. İstər assosiasiya, istər klublarımız, istərsə də bütün vətəndaşlarımız Türkiyənin yanında olacaq. Görüşün Bakıda keçirilməsi heç nəyi dəyişmir. Dünyanın harasında olur-olsun, biz Türkiyə azarkeşiyik. İnşallah, komanda qrupdan çıxar, biz də buna sevinərik.