• 2 Oktyabr 2022
logo
Lionel Messi mövsümü bitirib

Lionel Messi mövsümü bitirib

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi La Liqada mövsümü başa vurub.

Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu çempionatın son turunu buraxacaq.
Lionel “Eybar”la qarşılaşmada meydana çıxmayacaq. Cənubi amerikalı bugünkü məşqə də qatılmayıb. Baş məşqçi Ronald Kumandan icazə alan futbolçu məşqdən kənar qalıb.

Qeyd edək ki, Messi cari mövsümdə 46 oyunda 38 qol vurub.