19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının (AÇ) seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.
Frydek-Mistek şəhərindəki Stovky stadionunda saat 17:00-da komandamız Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.
Oyunu Xorvatiya və Çexiyadan olan hakimlər idarə edəcək.