• 2 İyul 2025
logo
Xavi Braziliya millisində çalışmaqdan imtina edib

Xavi Braziliya millisində çalışmaqdan imtina edib

Apasport.az saytının məlumatına görə, 41 yaşlı mütəxəssis Braziliya millisi və Dortmund “Borussiya”sında işləmək istəməyib.
Almaniya klubu ona üç illik müqavilə təklif edib. Xavi baş məşqçi postunda müvəqqəti çalışdırıcı Edin Terziçi əvəzləmək təklifi ilə razılaşmayıb. Braziliya Futbol Konfederasiyası isə “Barselona”nın əfsanəsinə DÇ-2022-də Titenin köməkçisi, mundialdan sonra baş məşqçi olmaq təklifi göndərib.

Qeyd edək ki, Xavi “Əl-Sədd”lə müqaviləni 2023-cü ilədək uzadıb.