• 30 Noyabr 2021
logo
Rumıniya çempionu bəlli olub

Rumıniya çempionu bəlli olub

Rumıniya çempionatının qalibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, sona bir tur qalmış ÇFR çempionluğunu rəsmiləşdirib.
“Botoşani” üzərində səfərdə 1:0 hesablı qələbə qazanan Eduard Yordaneskunun yetirmələri aktivindəki xalların sayını 51-ə çatdıraraq sona bir tur qalmış rəqibləri üçün əlçatmaz olub. Bununla ÇFR ardıcıl 4-cü, ümumilikdə isə 7-ci dəfə Rumıniya çempionu olub.

Çempionlar Liqasının I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq Kluj təmsilçisi Azərbaycan çempionunun potensial rəqibləri sırasına qoşulub.