• 2 İyul 2025
logo
"Qəbələ" və "Sumqayıt"ın futbolçularının diskvalifikasiya müddəti bəlli olub

"Qəbələ" və "Sumqayıt"ın futbolçularının diskvalifikasiya müddəti bəlli olub

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları, həmçinin Premyer Liqanın XXV turunda baş verənlərlə bağlı qərarlar verilib.

Premyer Liqanın XXV turunun “Səbail” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 77 nömrəli futbolçusu Merab Qiqauri ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;

XXV turun “Sumqayıt” – “Sabah” oyununda “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

“Sumqayıt” klubunun 5 nömrəli futbolçusu Cəmaləddin Xocaniyazov “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur;