• 27 Mart 2023
logo
“İnter” müdafiəçisi ilə müqaviləni artırıb

“İnter” müdafiəçisi ilə müqaviləni artırıb

İtaliya çempionu “İnter” müdafiəçisi Alessandro Bastonini komandada saxlayıb.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı futbolçu “neradzurra” ilə yeni müqaviləni razılaşdırıb.

Anlaşmaya əsasən, İtaliya millisinin üzvü sözləşmə müddətini 2024-cü ilə qədər uzadacaq. Bastoninin illik məvacibi 2,8 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Alessandro Bastoni bu mövsüm 38 matçda 4 məhsuldar ötürmə verib.