• 6 Dekabr 2021
logo
Avropa Liqasında həftənin oyunçusu adına 4 namizəd bəlli olub

Avropa Liqasında həftənin oyunçusu adına 4 namizəd bəlli olub

Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.

Apasport.az saytının məlumatına görə, UEFA yarımfinalın ilk oyunlarından sonra 4 futbolçunu fərqləndirib.

Onlardan ikisi “Roma”nı 6:2 hesabı ilə darmadağın edən “Mançester Yunayted”in üzvləridir. Bunlar Edinson Kavani və Bruno Fernandeşdir.

“Arsenal”ı 2:1 hesabı ilə məğlub edən “Vilyarreal”dan Raul Albiol, londonlulardan isə Nikola Pepe siyahıda yer alıb.