• 8 Dekabr 2024
logo
Azərbaycan güləşçiləri Rusiyada xatirə turnirində iştirak edəcək

Azərbaycan güləşçiləri Rusiyada xatirə turnirində iştirak edəcək

Sabah Rusiyanın Yakutsk şəhərində sərbəst güləş üzrə olimpiya, dünya və Avropa çempionu Roman Dmitriyevin xatirə turnirinə start veriləcək.

Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, gənclər arasında keçiriləcək ənənəvi yarışda ölkəmiz də təmsil olunacaq.

İki gün davam edəcək turnirdə gənclərdən ibarət millimizin böyük məşqçisi Cəbrayıl Həsənovun rəhbərliyi altında Murad Haqverdiyev (57 kq), Sabir Cəfərov (65 kq) və Cəbrayıl Hacıyev (74 kq) çıxış edəcək. Hər 3 güləşçi iki il əvvəl Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalının mükafatçısı olub. Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışda Haqverdiyevlə Hacıyev qızıl, Cəfərov gümüş medal qazanıb.

Bundan başqa, Sabir yeniyetmələr arasında Avropa çempionu, Murad yeniyetmələr arasında Avropa ikincisi və dünya üçüncüsü, Cəbrayıl isə yeniyetmələr arasında dünya çempionu və Avropa ikincisi ünvanına sahib çıxıb.

Qeyd edək ki, aprelin 30-da xatirə turnirində bütün çəkilər üzrə mübarizəyə start veriləcək və günün sonunda finalçılar müəyyənləşəcək. Mayın 1-də isə təsəlliverici görüşlər və medallar uğrunda qarşılaşmalarla yarışa yekun vurulacaq.