• 19 Mart 2024
logo
Dündar Keşaplı APOEL-in kapitanı ilə “Qarabağ”dan danışıb

Dündar Keşaplı APOEL-in kapitanı ilə “Qarabağ”dan danışıb

TRT Sporun İtaliya təmsilçisi, İtaliya Azərbaycan Dostluq Cəmiyyətinin sədri Dündar Keşaplı Avropaliqada qarşılaşacaq Sevilla- APOEL oyunundan öncə APOEL kapitanı Nikolas Loannau ilə görüşüb. Bu barədə “Xalq Cəbhəsi”nə Dündar Keşaplı özü məlumat verib: “Nikolas İspaniya klubunun güclü olduğunu və onları çox çətin qarşılaşmanın gözlədiyini bildirdi. O həmçinin son illərdə yüksəlişdə olan Azərbaycanın önəmli klubu “Qarabağ”la qarşılaşmanın da çətin keçəcəyini bildirdi. Amma hədəflərinin qrupdan çıxmaq olduğunu və bunun üçün çalışacaqlarını vurğuladı”.