• 8 Dekabr 2021
logo
Klub prezidenti stadionun işıqlarını söndürtdürüb, penalti ləğv olunub

Klub prezidenti stadionun işıqlarını söndürtdürüb, penalti ləğv olunub

Küveyt çempionatında qeyri-adi hadisə baş verib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XII turunda “Al Salmiya” ilə “Al Qudisiya” arasında keçirilən görüş zamanı nadir hallarda yaşanan olay olub.

Zədəlilərin çoxluğu səbəbindən xeyli vaxtı xeyli uzanan qarşılaşmanın 101-ci dəqiqəsində hakim “Al Qudisiya”nın lehinə penalti təyin edib. Qərara qəzəblənərək tribunanı tərk edən “Al Salmiya”nın prezidenti Talal Al Fahd Al Sabah komandasını meydandan çıxarmağa çalışıb.

Meydana daxil olan Al Sabahın tapşırığı ilə stadionun işıqları söndürülüb. Onun təzyiqindən sonra VAR-da epizodu izləyən hakim penalti qərarını ləğv edib. Görüş yenidən bərpa olub bir neçə dəqiqədən sonra 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Küveyt çempionatında “Al Qudisiya” 2-ci, “Al Salmiya” isə 6-cı pillədə yer alır.