• 20 May 2025
logo
"Sabah" – "Neftçi" oyununda mövsümün rekordu vurulub

"Sabah" – "Neftçi" oyununda mövsümün rekordu vurulub

Azərbaycan Premyer Liqasında vərəqə sayında mövsümün rekordu qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, XXIV turun “Sabah” – “Neftçi” görüşündə ümumilikdə 22 vərəqə göstərilib.

Bu rekorda qarşılaşmanın hakimi Vüqar Həsənli imza atıb. O, dörd qırmızı və 18 sarı vərəqədən istifadə edib. Xəbərdarlıqlardan altısı sonradan qırmızıya çevrilib.

Həsənli meydan sahiblərini daha çox cəzalandırıb. “Sabah”ın üç futbolçusu ikinci sarı vərəqə üzündən qırmızı vərəqə alıbsa, daha üç oyunçusu da xəbərdarlığa layiq görülüb. Komandanın məşqçisi bir sarı və bir qırmızı vərəqə ilə də cəzalanıb.

“Neftçi”nin üzvləri isə 8 dəfə xəbərdarlıq görüb. Bakılıların 7 üzvü və baş məşqçisi cəzalanıb.

Qeyd edək ki, görüş 2:2 hesabı ilə başa çatıb.