• 19 Mart 2024
logo
Şamaxıda VII Açıq Respublika turniri keçiriləcək

Şamaxıda VII Açıq Respublika turniri keçiriləcək

Oktyabrın 5-6-da Şamaxıda Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə VII Açıq Respublika turniri keçiriləcək.
Güləş Federasiyasından verilən məlumata görə, Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunacaq ənənəvi yarışda 2003-2004-cü il təvəllüdlü yeniyetmə pəhləvanlar mübarizə aparacaq.
Bütün bölgələrdən və idman cəmiyyətlərindən güləşçilərin qatılacağı turnirdə Rusiya, Gürcüstan, İran, Qazaxıstan, Ukrayna və Qırğızıstandan olan komandalar da iştirak edəcək. Böyük marağın olduğu yarışda 300-dən artıq yeniyetmə pəhləvan çıxış edəcək.