• 8 Dekabr 2024
logo
Pep Qvardiola Valeri Lobanovskini geridə qoyub

Pep Qvardiola Valeri Lobanovskini geridə qoyub

İngiltərə Liqa Kubokunun “Tottenhem”ə qarşı keçirilən final oyunu “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis məşqçilik karyerasında 30-cu titulunu qazanıb.

Bu, Qvardiolanın “şəhərlilər”lə 9-cu kuboku olub. “Barselona”ya 14, “Bavariya”ya isə 7 titul qazandıran ispaniyalı ən titullu məşqçilər siyahısında əfsanəvi ukraynalı Valeri Lobanovskini geridə qoyaraq, 3-cü pilləyə yüksəlib.

Qeyd edək ki, “Mançester Siti” “Tottenhem”i 1:0 hesabı ilə məğlub edərək, ardıcıl 4-cü dəfə İngiltərə Liqa Kubokunun qalibi olub.