• 6 Dekabr 2021
logo
Sami Hedira La Liqaya qayıdır

Sami Hedira La Liqaya qayıdır

Almaniya millisinin sabiq futbolçusu Sami Hedira karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi bu ilin yayında müqaviləsi başa çatdığı “Herta”nı tərk etməyə qərar verib.

Sami yenidən La Liqada oynamaq arzusundadır. Vaxtilə “Real”da oynamış almaniyalı bu dəfə “Betis”in maraq dairəsinə düşüb.

Sevilya təmsilçisi artıq onun agenti ilə əlaqə də yaradıb. “Betis” futbolçuya “Herta”da qazandığından daha az maaş təklif edir. Amma Hedira La Liqada oynamaq arzusuna görə bu güzəştə də getməyə hazırdır.