• 19 Mart 2024
logo
"Qarabağ"ın rəsmisinə beynəlxalq təşkilatda yüksək vəzifə verildi

"Qarabağ"ın rəsmisinə beynəlxalq təşkilatda yüksək vəzifə verildi

"Qarabağ" klubunun baş meneceri Asif Əsgərov Avropa Klublar Assosiasiyasının (ECA) İşçi Qrupunun katibi seçilib.
Bu barədə klubun rəsmi səhifəsində deyilir.
Qeyd olunur ki, baş menecer "Milan"ın prezidenti İvan Qazidisin rəhbərlik etdiyi qrupda 4 il xidmət göstərəcək. Asif Əsgərov bu qrupda "Tottenham", "Arsenal", "Ayaks", "Zalsburq", "Yuventus", "Barselona" və "Borussiya" (Dortmund) rəsmiləriylə birlikdə yer alıb.
Qeyd edək ki, A.Əsgərov iki il İşçi Qrupunun üzvü olub və bu hal Azərbaycan futbol tarixində ilk və yeganədir.