• 3 Dekabr 2021
logo
Aleksander Çeferin Superliqada çıxış edənlərin millidə oynamayacaqlarını təsdiqləyib

Aleksander Çeferin Superliqada çıxış edənlərin millidə oynamayacaqlarını təsdiqləyib

Superliqa komandalarında çıxış edən futbolçular öz ölkəsinin millisində oynaya bilməyəcək.

Apasport.az saytının məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin təsdiqləyib.

O, qurumun bugünkü Konqresində belə qadağanın qüvvəyə minəcəyini açıqlayıb: “FİFA və altı konfederasiyasının öncədən açıqladığı kimi qapalı liqanın komandalarında oynayan futbolçuların dünya və Avropa çempionatında çıxış etməsinə qadağa qoyulacaq. Onlar öz yığmalarını heç bir beynəlxalq matçda təmsil edə bilməyəcək”.
Qeyd edək ki, Avropanın 12 aparıcı klubu FİFA və UEFA-ya zidd olaraq qapalı Superliqa yaratdıqlarını açıqlayıb.