• 7 Dekabr 2021
logo
FİFA yeni Super Liqanın yaradılmasına qarşı çıxıb

FİFA yeni Super Liqanın yaradılmasına qarşı çıxıb

Beynəlxalq Futbol Federasiyası (FİFA) yeni Super Liqanın yaradılmasına qarşı çıxıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə FİFA-nın bəyanatında deyilir.

Bəyanatda bildirilir: "FİFA yeni Super Liqanın yaradılması planlarına qarşıdır, çünki yarışlar beynəlxalq futbol strukturlarının hüdudlarından kənara çıxır".
Xatırladaq ki, daha əvvəl Avropanın 12 top klubu futbol üzrə yeni Super Liqanın yaradıldığını elan ediblər. Yeni Super Liqanı İngiltərənin "Mançester Yunayter", "Mançester Siti", "Liverpul", "Çelsi", "Arsenal", İspaniyanın "Barselona", "Atletiko", "Real" və İtaliyanın "Milan", "İnter", "Yuventus" klubları yaradıblar.