• 26 Aprel 2024
logo
“Real” Luka Modriçlə yeni müqavilə imzalayıb

“Real” Luka Modriçlə yeni müqavilə imzalayıb

“Real”ın yarımmüdafiəçisi Luka Modriçin taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Xorvatiya millisinin kapitanı “kral klubu” ilə yeni müqavilə imzalayıb.

36 yaşlı orta sahə oyunçusu mövsümün sonuna qədər olan sözləşmə müddətini daha bir il uzadıb. Bunun fonunda ulduz futbolçu maaşının azaldılmasına da razılıq verib. Madrid təmsilçisi tezliklə bunu rəsmən bəyan edəcək.
Qeyd edək ki, 2012-ci ildən “Real”ın formasını geyinən Luka Modriç cari mövsüm 40 oyunda 4 qol vurub, 6 assist edib.