• 20 Aprel 2024
logo
PSJ-nin kapitanı “Bavariya”ya qarşı oynamayacaq

PSJ-nin kapitanı “Bavariya”ya qarşı oynamayacaq

Fransanın PSJ klubu itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Paris təmsilçisi kapitanı Markinyosun xidmətindən məhrum olub.

O, Çempionlar Liqasının 1/4 final mərhələsinin “Bavariya” ilə cavab oyununu buraxacaq. Komandasının 3:2 hesabı ilə qalib gəldiyi səfər matçının ilk yarısında zədələndiyi üçün əvəzlənən müdafiəçi tam bərpa olunmayıb. Markinyos bugünkü məşqdə də iştirak edə bilməyib.

Qeyd edək ki, PSJ – “Bavariya” matçı aprelin 13-də keçiriləcək.