• 18 Aprel 2021
logo
“Barselona”nın prezidenti Messi ilə yeni müqavilənin müzakirəsinə tələsmir

“Barselona”nın prezidenti Messi ilə yeni müqavilənin müzakirəsinə tələsmir

“Barselona”nın yeni rəhbərliyi kapitan Lionel Messi ilə yeni müqavilə məsələsinin müzakirəsinə başlamayıb.

Apasport.az saytının “Marca” nəşrinə istinadən məlumatına görə, ötən ay prezident təyin olunan Joan Laporta argentinalı superulduzla hələ görüşməyib.

Kataloniyalılar hazırda təklif üzərində çalışır. Laporta bu məsələdə tələsmək istəmir və Leoya dərhal qəbul edəcəyi şərtlər irəli sürmək fikrindədir. O, “Mançester Siti” və PSJ-nin Messi ilə maraqlandığını bilir, ancaq bunu gələcək danışıqlara problem kimi görmür.

Qeyd edək ki, “Barselona” ilə müqavilə müddəti yaya qədər olan Lionel Messi cari mövsüm La Liqada keçirdiyi 27 oyunda 23 qol vurub, 8 assist edib.