• 4 Dekabr 2021
logo
Eşref Hamamcıoğlu “Qalatasaray”da prezidentliyə namizəd olub

Eşref Hamamcıoğlu “Qalatasaray”da prezidentliyə namizəd olub

“Qalatasaray” İdarə Heyətinin sədri Eşref Hamamcıoğlu klubun prezidenti olmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, bunu “sarı-qırmızılılar”ın nümayəndəsi özü bildirib.

Hamamcıoğlu prezident seçkilərində namizədliyini rəsmən irəli sürüb: “Mən “Qalatasaray”da yetişdim. Kim olduğumun cavabı da bu klubda bəllidir. Hər gün “Qalatasaray”la yaşayanlardanam. Bu klubu özünə qaytaracağımız tarix çox yaxındır”.

Qeyd edək ki, klubda seçkilərin mayda keçirilməsi planlaşdırılır.