• 13 Noyabr 2024
logo
Nazirlik: 700-dən çox qaziyə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib

Nazirlik: 700-dən çox qaziyə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib

2019-2021-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq yenidən qurulub, ən müasir avadanlıqlarla təchiz edilib.

Nazirlikdən bildirilib ki, həmin müəssisələr Vətən müharibəsi iştirakçılarının reabilitasiya və sosial-psixoloji xidmətlərlə təmin olunmasına öz töhfəsini verir. Postmüharibə dövründə həmin müəssisələrə 700-dən çox qazi qəbul olunaraq reabilitasiya və sosial-psixoloji xidmətlərlə əhatə olunub.

Hazırda xidmətlərin göstərilməsi prosesi davam edir.