• 6 Dekabr 2021
logo
İlin ən məhsuldar futbolçuları açıqlanıb

İlin ən məhsuldar futbolçuları açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2021-ci ilin ən məhsuldar futbolçularını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, siyahıya milli və beynəlxalq səviyyəli turnirlərdə ən azı 10 qol vuranlar daxil edilib.

Cədvəldə 34 oyunçu yer alıb. Siyahıya 18 qol vuran Robert Levandovski başçılıq edir. Lionel Messi 16 topla ikincidir. Tardeli Reis isə 15 dəfə fərqlənib.

Qeyd edək ki, Kriştiano Ronaldo 11 qolla 17-ci yerdədir.