• 8 Dekabr 2021
logo
Almaniya millisi 20 ildən sonra uduzub

Almaniya millisi 20 ildən sonra uduzub

Almaniya millisinin uğurlu seriyaları qırılıb.

Apasport.az saytının məlumatına görə, Bundestim dünya çempionatlarının seçmə mərhələlərində 20 ildən sonra uduzub.

Yoahim Lövün yetirmələri DÇ-2022-nin seçmə görüşündə Şimali Makedoniyaya məğlub olub – 1:2. Almaniya sonuncu dəfə 2001-ci ildə İngiltərəyə 1:5 hesabı ilə uduzub. Ümumiyyətlə, DÇ-lərin seçmə mərhələlərində cəmi 3 dəfə uduzan Bundestim ilk dəfə 1985-ci ildə Portuqaliyaya yenilib – 0:1.
Bununla da 35 oyunluq məğlubiyyətsiz seriya başa çatıb. Bunlardan 30-da qələbə, 5-də heç-heçə qeydə alınıb. Makedoniyalılarla qarşılaşmada həm də 18 matçlıq qələbə seriyası qırılıb.