• 29 Mart 2024
logo
Ümit Karan: “Koronavirusa yoluxanda həyat yoldaşımı tanımamışam”

Ümit Karan: “Koronavirusa yoluxanda həyat yoldaşımı tanımamışam”

“Almaniyadan qayıtdıqdan sonra evdə anidən hərarətim qalxdı. İki gün evdə çabaladım, amma düşmədi. Ondan sonra xəstəxanaya getdim, orada iynə-dərmanlarla müalicəyə başladım”.

Apasport.az saytının məlumatına görə, ötənlərin məşhur türkiyəli futbolçusu Ümit Karan deyib.

Hazırda I liqa təmsilçisi “Menemenspor”un baş məşqçisi olan 45 yaşlı mütəxəssis koronavirusa yoluxduğu günləri xatırlayıb. O, həmin anları belə yada salıb: “Əslində koronavirusa yoluxduğumu demədilər. Səhv diaqnoz qoyulmuşdu. Evə gələndən sonra yenidən yoxlatdırdım, məlum oldu ki, bu xəstəliyi ağır şəkildə keçirmişəm. Hətta bir ara yaddaşımı da itirmişəm, həyat yoldaşımı belə tanımamışam”.

Qeyd edək ki, Ümit Karan əsasən 2001-2009-cu illərdə “Qalatasaray”ın heyətində keçirdiyi oyunlarla xatırlanır.