• 27 Aprel 2024
logo
"Sumqayıt" futbol klubunun vitse-prezidenti vəfat edib

"Sumqayıt" futbol klubunun vitse-prezidenti vəfat edib

“Sumqayıt” futbol klubunun vitse-prezidenti Vaqif Ömərov vəfat edib.
Apasport.az saytının məlumatına görə, V. Ömərov ötən gün 69 yaşında dünyasını dəyişib.

O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Vaqif Ömərov uzun illərdir ki, SOCAR “Azərikimya” İstehsalat Birliyinin Həmkarlar Təşkilatının sədri vəzifəsində də çalışırdı.