• 8 May 2024
logo
Avropa çempionu 35 yaşında karyerasını bitirib

Avropa çempionu 35 yaşında karyerasını bitirib

Fransa millisinin sabiq futbolçusu Yohan Kabay karyerasını başa vurub.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi bunu sosial şəbəkə vasitəsilə elan edib.

Son klubu “Sent-Etyenn” olan Kabay 17 il böyük sevgi ilə oynadığı futboldan getmək qərarına gəldiyini açıqlayıb: “Xatirələrimi heç vaxt unutmayacağam. Futbola olan sevgimə görə qəbul etmək çətin olsa da, peşəkar karyeramı bitirirəm”.

Qeyd edək ki, karyerası ərzində “Lill”, “Nyukasl”, PSJ, “Kristal Pelas”, “Əl-Nəsr” və “Sent-Etyenn”də çıxış edən Yohan Kabay 2010-2016-cı illərdə Fransa millisinin heyətində 48 oyun keçirib, 4 qol vurub. O, 2005-ci ildə Fransanın U-19 yığması ilə Avropa çempionu olub.