• 23 Aprel 2024
logo
“Trabzonspor”da koronavirusa yoluxanların sayı 5-ə çatıb

“Trabzonspor”da koronavirusa yoluxanların sayı 5-ə çatıb

Türkiyənin “Trabzonspor” klubunda koronavirusa yoluxmaların sayı artır.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisində daha bir yoluxma aşkarlanıb.

Növbəti testin nəticəsi əsas komandanın işçilərindən birində pozitiv çıxıb. Həmin şəxs karantinə alınıb və müalicəsinə başlanılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl “Trabzonspor”da 3 futbolçu və bir klub işçisi koronavirusa yoluxub.