• 23 Aprel 2024
logo
Dünya çempionatında daha 4 güləşçimizin rəqibi müəyyənləşdi

Dünya çempionatında daha 4 güləşçimizin rəqibi müəyyənləşdi

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.
Trend-in məlumatına görə, yeddinci yarış günündə sərbəst güləş üzrə 70, 74, 92 və 125 kq-da mübarizəyə sart veriləcək. Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib.
70 kq çəki dərəcəsində təsnifat mərhələsində Ağahüseyn Musafayev Türkiyə təmsilçisi Heydər Yavuzla, 74 kq-da Hacımurad Hacıyev hindistanlı Kumar Suşil ilə, 92 kq çəki dərəcəsində, 1/8 finalda Şamil Zubairov türkiyəli Süleyman Qaradənizlə, 125 kq-da Cəmaləddin Məhəmmədov Belarus təmsilçisi Vitali Piaşniak ilə qarşılaşacaq.
Qeyd edək ki, dünya çempionatına sentyabrın 22-də yekun vurulacaq.