• 20 Aprel 2024
logo
“Real” qalib gəlib, “Vilyarreal” uduzub

“Real” qalib gəlib, “Vilyarreal” uduzub

İspaniya La Liqasında XXIII turun daha 4 oyunu baş tutub.

Apasport.az saytının məlumatına görə, “Xetafe”nin qonağı olan “Real Sosyedad” 3 xalı bir qolla aktivinə yazdırıb.

“Real” təhlükəli zonaya düşmək təhlükəsi yaşayan “Valensiya”nı sınağa çəkib. Meydana ciddi itkilərlə çıxan “kral klubu” buna baxmayaraq, birinci hissədə vurduğu qollar sayəsində ardıcıl 3-cü qələbəsini qazanıb.
Turnir cədvəlində bir-birinə yaxın olan “Vilyarreal”la “Betis”in duelində isə sevinən tərəf qonaqlar olub.

Fevralın 15-də keçiriləcək “Kadiz” – “Atletik” (00:00) oyunu ilə tur yekunlaşacaq.

İspaniya. La Liqa
XXIII tur
14 fevral
“Xetafe” – “Real Sosyedad” – 0:1
İsak, 30
“Real” – “Valensiya” – 2:0
Benzema, 12, Kroos, 42
“Levante” – “Osasuna” – 0:1
Budimir, 74
“Vilyarreal” – “Betis” – 1:2
Moreno, 65 (pen.) – Fekir, 45, Emerson, 52