• 19 Aprel 2024
logo
Dünya çempionatında daha dörd güləşçimizin rəqibi müəyyənləşib

Dünya çempionatında daha dörd güləşçimizin rəqibi müəyyənləşib

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycanın növbəti güləşçilərinin ilk rəqibləri bəlli olub.
Trend-in məlumatına görə, 6-cı yarış günündə sərbəst güləşçilər mübarizəyə qoşulacaq. Mahir Əmiraslanov (57 kq) təsnifat mərhələsində Ulukbek Zholdoşbekovla (Qırğızıstan) üz-üzə gələcək. 3 qat dünya və Avropa çempionu Hacı Əliyev (65 kq) isə eyni mərhələdə Rusiya təmsilçisi Hacımurad Raşidovla qarşılaşacaq.
Qadın güləşçilər Elmira Qəmbərova (62 kq) 1/16 finalda rumıniyalı Krista İntsi ilə, İrina Netreba (68 kq) isə İvett Zi (Burkino-Faso) ilə güləşəcək.
Qeyd edək ki, dünya çempionatına sentyabrın 22-də yekun vurulacaq.