• 21 Noyabr 2019
logo
add image
Arpaçay Karate Klubu təlim-məşq toplantısı keçirib

Arpaçay Karate Klubu təlim-məşq toplantısı keçirib FOTO

Karate üzrə milli yığmanın məşq zalında keçirilən tədbirə 120-yə yaxın karateçi qatılıb

Yay mövsümü olmasına baxmayaraq, müxtəlif beynəlxalq turnirlərdə yüksək nəticələr əldə edən Arpaçay Karate Klubu yeni uğurlar əldə etmək üçün növbəti turnir və yarışlara hazırlıq işləri aparır.
Sentyabrın 27-29-da Sərhədçi Olimpiya İdman Kompleksində keçirilməsi nəzərdə tutulan Azərbyacanın Milli Qəhrəmanı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş, 6-13 yaşlı uşaqlar arasında “Olimpiya ümidləri” turnirinə hazırlıq məqsədi ilə Arpaçay Karate Klubu karate üzrə milli yığmanın məşq zalında təlim-məşq toplantısı təşkil edib. Klubun rəhbəri, əməkdar məşqçi, 4-cü dan qara kəmər ustası Yavər Hüseynov, Milli Karate Federasiyasının Kata üzrə baş təlimatçısı Vahid Ayvazov, Klubun baş məşqçisi, beynəlxalq dərəcəli hakim Vüqar Kərimov, həmçinin Klubun məşçilərindən Mehman Əlirzayev, Pərviz Quliyev və digərlərinin rəhbərliyi ilə keçirilən tədbirdə 120-yə yaxın karateçi iştirak edib.
Təlim-məşq toplantısında iştirak edən uşaqlar və yeniyetmələrə kata üzrə təlimlər, kumite üzrə məşqlər keçirilib, daha sonra fərdi kumite döyüşləri təşkil olunub. Klubun rəhbəri Y.Hüseynovun verdiyi məlumata görə, yeniyetmələr arasında növbəti Respublika Çempionatına, digər yerli və beynəlxalq yarışlara hazırlıq məqsədilə bu qəbildən olan təlim-məşq toplantıları ilin sonuna qədər davamlı olaraq keçiriləcək.
Qeyd edək ki, Milli Karate Federasiyası karate üzrə milli yığmasına ən çox idmançı yetişdirən klublardan biri olan Arpaçay Karate Klubu 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirə hazırlıq işləri ilə yanaşı, qarşıdakı Respublika Çempionatında da yüksək yerlərdən birini tutmaq əzmi ilə çalışır.