• 19 Oktyabr 2019
logo
add image
Dündar Keşaplı Türkiyə Futbol Federasiyasını ziyarət edib

Dündar Keşaplı Türkiyə Futbol Federasiyasını ziyarət edib

İtaliya İdman Yazarları Dərnəyinin (USSI) İdarə Heyətinin üzvü və təşkilatın xarici əlaqələr üzrə koordinatoru, eyni zamanda İtaliya-Azərbaycan Dostluq Dərnəyinin sədri Dündar Keşaplı Türkiyə Futbol Federasiyasının Ankaradakı əsas ofisini ziyarət edib. Bu barədə “Xalq Cəbhəsi”nə Dündar Keşaplı özü məlumat verib. TFF Əngəllilər üzrə koordinasya şöbəsinin rəhbəri Ömər Gürsoyun qəbul etdiyi Keşaplı İtaliya İdman Yazarları Dərnəyinin çalışmaları haqqında bilgi verərkən, Gürsoydan da TFF-nin fəaliyytləri və Romada keçirilən, Türkiyə Milli Komandasının da qatıldığı Görmə Əngəllilər Avropa Futbol Çempionatı haqqında bilgi alıb.
Gürsoy, Keşaplıdan “Səsi Görənlər” olaraq andıqları Görmə Əngəllilər Milli Komandasına İtaliyadan media dəstəyinin verilməsi mövzusunda dəstək istəyib. Keşaplı da bu mövzuda əlindən gələni edəcəyini deyib.
Gürsoy və Keşaplı iki ölkə və iki qurum arasındakı iş birliyi edilə biləcək mövzular haqqında fikir mübadiləsi aparıb.
Ömer Gürsoy, görüşmədə, günün xatirəsi olaraq Keşaplıya üzərində adının yazılı olduğu 10 nömrəli milli komanda forması hədiyə edib.ə

Əli