• 20 Aprel 2024
logo
“Qəbələ”nin avrokubokdakı rəqibi dəqiqləşib

“Qəbələ”nin avrokubokdakı rəqibi dəqiqləşib

UEFA Gənclər Liqasında mövsümün ilk püşkatma mərasimi keçirilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qəbələ”nin 1/32 finaldakı rəqibi bəlli olub.

Bakı vaxtı ilə saat 15:00-da başlayan tədbirdə əvvəl Çempionlar Liqası yolu, ardınca Çempionlar yolunun iştirakçıları cütlərə bölünüb. Hər yol üzrə 32 komanda 16 cüt təşkil edib.

Çempionlar yolunda mübarizə aparacaq Azərbaycan çempionu “Qəbələ” bu mərhələdə “Şkendiya”ya rəqib olub. Bir oyundan ibarət görüş Şimali Makedoniyada baş tutacaq.

Qeyd edək ki, 1/32 final mərhələsinin matçları martın 2-3-də keçiriləcək.